Qanunsuz evlərə sənəd veriləcək
E.Orucov zəbt olunmuş torpaqlarla bağlı sakinlərin ARDŞN-ni məhkəməyə verməsinə də toxunub: “Şirkətin nəzdində olan torpaqlarda tikinti aparan sakinlər bizi məhkəməyə verirlər. Bunu düzgün saymıram. Sakinlər ARDNŞ-ni yox, bələdiyyələri məhkəməyə verməlidir. Onlarda belə bir fikir formalaşıb ki, məhkəmə yolu ilə ARDNŞ kompensasiya ödəyəcək. Bələdiyyələr isə məhkəməyə verilmir”.
Eldar Orucovun müavini Tərlan Tahirov isə deyib ki, təkcə Binəqədi rayonunda 35 min sökülməli ev var: “Şirkət evlərin söküntüsü ilə bağlı qərar vermir. Bu qərarı məhkəmə verir və icraata da məhkəmə nəzarət edir. ARDNŞ-in vəzifəsi ərazisində ev tikən sakinləri məhkəməyə vermək və qanunsuzluğun aradan qaldırılması üçün hüquqi addımlar atmaqdır. Məhkəmə də qanunsuz tikililərin sökülməsinə qərar verib.
Lakin bir qurum kimi vətəndaşları düşünüb söküntü işlərinə təzyiq etmirik. Bu, qeyri-müəyyən vaxta kimi belə olacaq. Təkcə Binəqədi rayonunda 35 min sökülməli olan tikili var. Bu insanları necə evindən etmək olar?”
Uzun müddətdir ki, Bakı və ətraf kəndlərdə mədən ərazilərində tikilmiş on minlərlə evin söküləcəyi barədə məlumatlar yayılır. Dövlət Neft Şirkəti artıq çoxdan neft hasilatı dayanmış amma hələ də onun balansında olan bu ərazilərdə tikilmiş evlərin sənədləşdrilməsinə imkan vermir.
Hazırda bununla bağlı məhkəmələrdə minlərlə mübahisələrə baxılır. Xüsusilə Binəqədi rayonu ərazisində evlərin sökülməsi zamanı sakinlərlə ARDNŞ nümayəndləri arasında vaxtaşırı qarşıdurmalar da baş verir.
ARDNŞ-nin yeni açıqlaması isə artıq yeni vəziyyətin yaranması deməkdir. Şirkətin planlarının konkret Bakının hansı rayonlarını əhatə etdiyi bəlli deyil. Amma Bakıda Sabunçu, Binəqədi və Səbayel rayonları ərazisində on minlərlə sakin şirkətin planlarının nə olduğunu gözləməkdədir.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


