69 cinayət, 3 ölü, 35 həbs

69 cinayət, 3 ölü, 35 həbs
  21 Fevral 2015    Oxunub:1497
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 69 cinayət faktı qeydə alınıb, onların da 39-u “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilibş

Cinayət törətdiklərinə görə 35 nəfər tutulub.

AzVision.az


Teqlər:



Xəbər lenti