Mehman Cavadoğlu Arif Hacılıya qarşı hərəkatda

Mehman Cavadoğlu Arif Hacılıya qarşı hərəkatda
  21 Fevral 2015    Oxunub:2258
`Müsavat Partiyasından istefa verməmişəm, sadəcə ADR hərəkatına qoşulmuşam`.
Bunu AzVision.az-a açıqlamasında Müsavat başqanının sabiq müavini Mehman Cavadoğlu istefası barədə yayılan fikirlərə münasibət bildirərkən deyib. O, ADR-in Müsavat rəhbərliyi tərəfindən partiyaya müxalif təşkilat kimi qiymətləndirilməsi barədə fikirləri də təkzib edib:

“ADR hərəkatı Müsavat Partiyasına müxalif hərəkat deyil, ictimai hərəkatdır. Məqsədləri də Müsavat Partiyasının məqsədləri ilə üst-üstə düşür. Hərəkatın fəaliyyəti də siyasi yox, ictimai xarakter daşıyır”.

Qeyd edək ki, Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatı Müsavat Partiyasının başqanlığına keçmiş namizəd və keçmiş partiya üzvü Qubad İbadoğlu tərəfindən yaradılıb.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti