Qanunsuz ovçular cərimələndi
Qaradağ rayonunun 29-cu kilometrliyində ov edən Abşeron rayon Güzdək kənd sakini Mehdi Mehdiyev, Xırdalan şəhər sakini Kamil Aslanov və Bakı şəhər Nərimanov rayon sakini Vərqa Həsənov saxlanılaraq onlardan 3 ov tüfəngi, 8 patron götürülüb. Qanun pozucuları barəsində akt və protokol tərtib edilərək hər biri 1000 manat məbləğində cərimə olunub.
Qusar rayonunun Qullar-İmamqulu kəndi ərazisində keçirilmiş reyd zamanı ovla məşğul olan naməlum şəxs saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb. Təqsirkarın şəxsiyyətinin müəyyən edilməsi və barəsində müvafiq tədbir görülməsi üçün aidiyyəti rayon polis şöbəsinə müraciət olunub.
Sarısu Ovçuluq Təsərrüfatının ərazisində keçirilmiş reyd zamanı 4 nəfər naməlum şəxs saxlanılıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun akt tərtib edilərək onlardan 5 ov tüfəngi, 130 patron və 14 ovlanmış çöl ördəyi müsadirə olunub. Sənədlərini təqdim etməyən qanun pozucularının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün qanunamüvafiq tədbirlər görülür.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


