Yenə qar yağacaq, şaxta olacaq
Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 22-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 3-6 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


