Bölgələrdə süni qiymət artımı - un bahalaşdı

Bölgələrdə süni qiymət artımı - un bahalaşdı
  22 Fevral 2015    Oxunub:5008
Dolların manata nisbətən bahalaşmasından sonra paytaxt Bakı ilə yanaşı, bölgələrdə də süni şəkildə qiymətlər bahalaşıb.
AzVision.az-ın məlumatına görə, İsmayıllı, Şamaxı, Qəbələ, Gəncə, eləcə də digər rayon və şəhərlərdə bu gündən başlayaraq ərzaq mağazalarında qiymətlər qalxıb. Belə ki, un ötən gün 17 manata satılırdısa, bu gün qiymət nə az, nə çox 5 manat qalxaraq satışa 23 manata çıxarılıb.

Yağın, qəndin, şəkər tozunun, siqaretin və digər məhsulların da qiymətində 50 qəpik, 1 manat civarında bahalaşma hiss olunur.

Qeyd edək ki, ötən gün İqtisadiyyat və Sənaye Nazirliyi qiymət artımı ilə bağlı rəsmi açıqlama yayıb.

Bildirilib ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərini daha da gücləndirilib və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.

A.Rüstəmov


Teqlər:



Xəbər lenti