Bakıda dəhşətli tıxac - FOTOLAR

Bakıda dəhşətli tıxac - FOTOLAR
  23 Fevral 2015    Oxunub:3337
Artıq 2 saata yaxındır ki, Bakının Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti iflic olub.
AzVision.az-ın müxbirinin verdiyi məlumata görə, tıxac `Koroğlu` metro stansiyasından şəhər istiqamətinə gedən yolda müşahidə olunur.

Hazırda həmin yolda uzun avtomobil karvanı yaranıb. Avtobus, minik avtomobillərinin sürücüləri yolda yaranan bu problemə etiraz edirlər.

Bundan əlavə Bakı – Sumqayıtda yolunda da nəqliyyatın hərəkətində ciddi problemlər müşahidə olunur.







Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  



Xəbər lenti