Azərbaycanda bir gündə üç zəlzələ - YENİLƏNİB

Azərbaycanda bir gündə üç zəlzələ - YENİLƏNİB
  23 Fevral 2015    Oxunub:2367
Gün ərzində Azərbaycanda 3-cü zəlzələ qeydə alınıb.
RSXM məlumatına görə, bu gün saat 12:04:49-də Şəmkir rayonu ərazisində Gəncədən 32 km şimal-qərbdə zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3-2 bala qədər hiss olunub.

***
12.22

AzVision.az xəbər verir ki, bu gün ikinci zəlzələ Qəbələ rayonunda baş verıb.

RSXM xəbər verir ki, ilkin məlumatlara görə, zəlzələ saat 07:57:54-də Qəbələ ərazisində qeydə alınıb.

Zəlzələnin dərinliyi 14 km, maqnitudası 3,3 olub.

***
10:47
Fevralın 23-də Xəzər dənizində baş vermiş zəlzələnin maqnitudası 3.8, dərinliyi 54 km olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az-a verilən məlumata görə, yerli vaxtla saat 08:00-da qeydə alınmış zəlzələ hiss olunmayıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti