`ELSAx Forumu`nda mübahisəli mövzu - FOTOLAR

`ELSAx Forumu`nda mübahisəli mövzu - FOTOLAR
  23 Fevral 2015    Oxunub:4311
ELSA-Azərbaycan yeni layihəsi olan “ELSAx Forumu” çərçivəsində 21 fevral 2015-ci il tarixdə “Evtanaziya” movzusunda növbəti panel müzakirəsini təşkil edibr.

Panel müzakirə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) dəstəyi ilə DİA-da keçirilib. Tədbirdə 80 nəfərə yaxın hüquqşünas tələbə iştirak edib.

Panelin qonaqları qismində Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işçisi hüquqşünas Nazim Əliyev və həkim-psixoloq Zülfiyyə Tağıyeva iştirak ediblər.

Forumda aparılan müzakirələr zamanı evtanaziyanın hüquqi tərəfləri, Azərbaycanın və dünyanın digər dövlətlərinin praktikasında necə tənzimlənməsi, onların qarşılıqlı analizi, onun hansı dərəcədə ictimai təhlükəli olması, Azərbaycan Respublikasının cinayət qanunvericiliyində bu sahədə mövcud olan boşluqlar, evtanaziyaya dini istiqamətdən baxış və s. kimi mövzular müzakirə olunub.

Forumda eyni zamanda Azərbaycan tibbində evtanaziyanın hazırkı vəziyyəti və ona münasibət, fərdləri evtanaziyaya üz tutmağa sövq edən amillər və evtanaziyanın insanlara göstərdiyi psixoloji təsirlərə dair fikirlər bildirilib.

Forumda müzakirənin ikinci hissəsində tələbələr çıxış edən hər iki şəxsə onları maraqlandıran suallarını ünvanlamış və eyni zamanda öz fikirlərini bildiriblər.

Qeyd edək ki, ELSA Azərbaycanın yeni layihəsi olan ELSAx Forumunun məqsədi müxtəlif sahələrin peşəkarları ilə gənclər arasında əlaqələri qurulması və ümumi maraq kəsb edən mövzular üzrə müzakirələrin təşkil edilməsidir.

Qalereya




Teqlər:





Xəbər lenti