Ata və 2 oğulun yanaraq öldüyü faciə

Ata və 2 oğulun yanaraq öldüyü faciə
  23 Fevral 2015    Oxunub:1790
Daxili İşlər Nazirliyi (DİN) Bakıda ata və iki oğlunun yanaraq ölməsi faktı ilə bağlı məlumat yayıb.
Daxili İşlər Nzairliyindən AzVision.az-a verilən məlumata görə, fevralın 22-də saat 03 radələrində Binəqədi rayonunun Cəfər Xəndan küçəsində Ağdam rayon sakini Şaiq Cəlilovun yaşadığı Evtikmə Kombinatının həyətindəki taxta konstruksiyalı evdə yanğın baş verib.

Yanğın qonşuluqda yaşayan Füzuli rayon sakinləri Mehman Aydınova, onun oğlu Tehrana, qızı Gülərə, habelə Nəcəf Baxşəliyevə və onun oğlu Murada məxsus taxta konstruksiyalı evlərə də keçib. Nəticədə bütövlükdə evlərin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.

Yanğın söndürüldükdən sonra Ş.Cəlilovun və oğlanları Amidin, Kamilin yanmış meyitləri tapılıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti