Xələf Xələfov İranda həbs olunan həmyerlilərimizdən danışıb

 Xələf Xələfov İranda həbs olunan həmyerlilərimizdən danışıb
  18 May 2013    Oxunub:1184
“Xalidə Xalid və Şamxal Hüseynovun İranda həbs olunmaları ilə bağlı məsələ daim nəzarətdədir və bu məsələ araşdırılır”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirin müavini Xələf Xələfov verib.

Onun sözlərinə görə, həm Azərbaycanın Təbrizdəki Baş Konsulluğu, həm İrandakı səfirliyimiz bu dövlətin müvafiq orqanları ilə əlaqə saxlayır: “Baş konsulluğun qarşısında saxlanan vətəndaşlarımızla görüşmək tapşırığı qoyulub, bu məsələnin öz həllini tapması üçün İranla əlaqə saxlayırıq”.

Şeyxülislam Allahşükür Paşazadənin İrana səfəri zamanı saxlanan vətəndaşlarımızın azadlığa buraxılması ilə xahiş edəcəyi barədə fikirlərə münasibət bildirən Xələf Xələfov deyib ki, Azərbaycan din dövlətdən ayrıdır: “Biz Allahşükür Paşazadənin İrana səfər etməsinə normal hal kimi baxırıq. Səfər də proqram çərçivəsində həyata keçiriləcək. O ki qaldı, hər hansı Azərbaycan vətəndaşının müdafiəsi ilə əlaqədar qurumlar qarşısında məsələnin qaldırılmasına, əlbəttə ki, bu, Şeyx həzrətlərinin öz səyləri, təşəbbüsü ilə ola bilər”.

AzVision.az.



Teqlər:  





Xəbər lenti