AZAL biletlərin bahalaşdığını təsdiqlədi
“Biletlərin bahalaşması manatın devalvasiyası ilə bağlı deyil. Avronun kursu qalxdığına görə, qiymətlərdə bahalaşma olub. Artıq uzun müddətdir ki, biz İKA-nın tələbi ilə biletləri avro ilə satırıq. Avronun kursu qalxdığına görə, AZAL –da biletlərin qiymətini bahalaşdırıb”-deyə Məhərrəm Səfərli bildirib.
Qeyd edək ki, dollar və avronun manata nisbətdə bahalaşmasından sonra təyyarə bletlərinin qiyməti 30 faiz civarında qalxıb.
Gültəkin ƏLƏSGƏR







Vaxtında, Aydın, Lazımlı!


