“Azəryolservis”in qaynar xətti yaradıldı

“Azəryolservis”in qaynar xətti yaradıldı
  23 Fevral 2015    Oxunub:1778
Respublikada hökm sürən qarlı hava şəraiti ilə əlaqədar “Azəryolservis” ASC-də qaynar xətt fəaliyyətə başlayıb.
ASC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, `Azəryolservis” ASC-də 24 saat ərzində fəaliyyət göstərən növbətçilər çalışır. Onlar avtomobil yollarındakı vəziyyət və görülən işlər barəsində məlumatları qeydə alırlar. Belə ki, avtomobil yollarındakı vəziyyətlə bağlı hər hansı məlumat vermək istəyən şəxs (012) 493-76-17 və (012) 499-79-14 nömrələrinə zəng etməklə növbətçilərlə əlaqə saxlaya bilər.

Bundan əlavə, hər bir yol-istismar mərkəzində 24 saat çalışan növbətçi briqadalar mövcuddur. Briqadalar yollarda yaranmış hər hansı problemlə bağlı dərhal müdaxilə edirlər.

AzVision.az


Teqlər:



Xəbər lenti