Azərbaycanda 901 qadın alkoqolikdir
Azərbaycandakı yaş qrupları artıqca alkoqoliklərin sayı da artır. Ölkədə 40 yaşdan sonra alkoqolik kimi qeydiyyata götürülənlərin sayı çoxluq təşkil edir.
Son rəsmi məlumatlara əsasən, Azərbaycanda 15-17 yaşlı 1, 18-24 yaşlı 517, 25-29 yaşlı 1240, 30-34 yaşlı 1429, 35-39 yaşlı 1669, 40-44 yaşlı 2583, 45-49 yaşlı 3027, 50-54 yaşlı 3245, 55-59 yaşlı 3374, 60-64 yaşlı 2986, 65 yaşdan yuxarı 2207 nəfər alkoqolik var.
Alkoqoliklər daha çox kişilərdir. Ümumilikdə hazırda Azərbaycandakı alkoqoliklərin yalnız 901-i qadındır.
Qadın alkoqoliklərin sayı ötən illərlə müqayisədə az artıb. 2012-ci ildə rəsmi qeydiyyata alınmış akqoliklərin 873-ü, 2013-cü ildə isə 891 nəfəri qadın olub.
2014-cü ildə Azərbaycanda 881 nəfər alkoqolik kimi yeni qeydiyyata götürülüb ki, onların da yalnız 10-u qadın olub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


