Razi Nurullayev sabah Əli Kərimlini ifşa edəcək

Razi Nurullayev sabah Əli Kərimlini ifşa edəcək
  24 Fevral 2015    Oxunub:2116
AXCP sıralarından istefa verən keçmiş sədr müavini Razi Nurullayev cəbhəçilərin onunla bağlı səsləndirdiyi ittihamlara cavab verəcək.

Bu barədə AzVision.az-a R.Nurullayev özü məlumat verib. Bildirib ki, sabah mətbuat konfrası keçirərək AXCP-dən istefasının əsl səbəbini açıqlayacaq, Əli Kərimli və tərəfdarlarının çirkin əməkllərini ictimaiyyətə ifşa edəcək.

Əli Kərimlinin partiyada özünü diktator kimi apardığı deyən R.Nurullayev AXCP ilə bağlı heç kəsin bilmədiyi sensasion məlumatlara malik olduğunu, bu faktların ictiamiyyətə açıqlanacağını qeyd edib.

`Elə şeylər deyəcəyəm ki, bəlkə də Azərbaycan bir-birinə dəyəcək. Sonda hər kəs görəcək ki, haqlı, haqsız kimdir`.

AzVision.az


Teqlər:  



Xəbər lenti