İmtahan nəticələri açıqlandı

İmtahan nəticələri açıqlandı
  24 Fevral 2015    Oxunub:2807
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fevralın 22-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsinin nəticələrini elan edib.
Bu barədə AzVision.az-a TQDK-dan məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmiş bakalavrlar imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün 23230 (ötən il 24560) bakalavr ərizə təqdim edib. Onlardan 20706 nəfəri Azərbaycan bölməsi, 2524 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 10913 nəfəri oğlan, 12317 nəfəri isə qızlardır. Bakalavrlardan 11620 nəfəri cari ilin, 11610 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 50 nəfər xarici ölkə vətəndaşıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1957-ci il təvəllüdlü, ən gənc isə 1996-cı il təvəllüdlüdür.


Teqlər:  



Xəbər lenti