Milli Məclisdə 1 dəqiqəlik sükut
Spiker qeyd edib ki, bu soyqırımdan əvvəl Dağlıq Qarabağda dinc əhali amansızcasına qətlə yetirilib.
“Xocalı Soyqrımı öz miqyasına görə digər cinayətlərdən ən dəhşətlisi hesab edilir. Buna görə də Azərbaycan xalqı həmin günü soyqırım adlandırır. Milli Məclisin müvafiq qərarı ilə 26 fevral Xocalı Soyqırımı günü kimi qeyd olunur. Bu günlərdə Milli Məclisin 20-dən çox deputatı Xocalı Soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak ediblər. İnanırıq ki, ermənilərin törətdikləri. Azərbaycan hansı yolla olursa olsun öz torpaqlarını geri qaytaracaq”.
Daha sonra Milli Məclis üzvləri Xocalı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


