Milli Məclisdə gərgin manat müzakirəsi
Deputat İqbal Ağazadə Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib ki, Azərbaycan Mərkəzi Bank (AMB) əvvəlcə manatın dəyərinin sabit qalacağı ilə bağlı məlumat yaymışdı. Onun sözlərinə görə, həmin proqnoz isə cəmi 50 gün sonra AMB tərəfindən pozuldu. Verilən qərar əhaliyə külli miqdarda zərər vurdu:
Deputat Zahid Oruc isə həmkarının çıxışının əksi olaraq atılan qərarı millətin mənafelərinə uyğun atılan qərar kimi qiymətləndirib:
“Maliyyə sabitliyinin saxlanılması üçün mühüm addımdır. AMB-ni mühakimə edən insanlar maksimum 1 ay ərzində bizi kimi müdafiə edəcəklər.
Qeyd edim ki, dövləti qınayanlar nəzərə almalıdırlar ki, valyutanın rezerv hissəsi manatladır. Bu gün manat dünyada ən güclü valyuta olan dollarla rəqabət aparacaq səviyyədədir. Ona görə də qərarı müdafiə edirəm”.
Spiker Oqtay Əsədov deputat İqbal Ağazadənin çıxışına cavab verib: “Banklarda vətəndaşların 7 milyarddan çox əmanətlərinin batması ilə bağı səsləndirilən fikirlər tamamilə absurddur. Çünki pulların 50 faizi dollarladır. Onu da qeyd edim ki, son bir həftə ərzində banklar 2 milyard yarım manatı dollara dəyişdirib.
Onu da qeyd etmək istərdim ki, bu məsələyə makro iqtisadi siyasəti bilən insanlar da qatılsın. Azərbaycan müharibə aparan ölkədir. Ölkəmizin valyuta rezervləri var. Mümkün qədər də həmin valyuta rezervləri qorunacaq. Düşünmək lazımdır ki, müharibə şəraitində yaşayan ölkədə hər bir vəziyyət ola bilər. Rezervlərin hamısını məzənnəyə görə itirə bilmərik. Əmin edə bilərəm ki, ajiotaj yaratmağa ehtiyac yoxdur. Çünki Azərbaycanda satılan ərzaqların 70 faiz yerli məhsullardır. Belə olduğu təqdirdə qiymətlər niyə qalxmalıdır? Bu səbəbdən də gələcəkdə nə ərzaq, nə də digər məhsulların qiyməti qalxmayacaq”.
Deputat Siyavuş Novruzov da manatın ucuzlaşması ilə bağlı məsələyə münasibət bildirib. O qeyd edib ki, maaşların indeksassiya edilməsi fikri düzgün deyil: “Belə yozmaq olmaz. Bu ancaq populizmdir. Bu məsələnin həlli iqtisadi faktorlara əsaslanır”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


