`AXCP rəhbərliyi saxta Facebook profilləri açmaqla məşğuldur`

`AXCP rəhbərliyi saxta Facebook profilləri açmaqla məşğuldur`
  24 Fevral 2015    Oxunub:11792
`AXCP sədri Əli Kərimli qadın müşavirini porno-kasetlə şantaj edib.` AzVision.az xəbər verir ki, bunu AXCP-nin keçmiş sədr müavini Razi Nurullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Əli Kərimli Zərifə Məhəddinovanı müşavirlikdən kənarlaşdırandan sonra ona qarşı çirkin ittihamlar səsləndirib:

`Ona qarşı kəskin ittihamlar səsləndirib. Bundan sonra Əli Kərimli onu yanına çağıraraq şantaj edib. Özü şantaja məruz qalmış adamın belə davranması yolverilməzdir”.

R.Nurullayev bildirib ki, Əli Kərimlinin belə bir fikri var ki, gəncləşmə siyasəti aparsın: “Çünki yaşlı nəslin artıq gözləri açılıb. Amma bu o demək deyil ki, illərini partiyaya verən yaşlı nəsli ancaq Əli bəyin şəkillərini, statuslarını paylaşan gənc nəslə qurban verək”.

Sabiq cəbhəçi vurğulayıb ki, partiyanın Rəyasət Heyətinin iclasları daha çox Facebook fəaliyyəti ilə bağlı müzakirələrə həsr olunurdu: “İclaslar 4 saata qədər davam edirdi. Əvvəldə və sonda bir saat Əli Kərimli danışıırdı. Bu iclaslardakı müzakirələrin 80%-i isə Facebookda “like”-ların müzakirəsinə gedirdi. Vicdanlı cəbhəçilər isə böyük bir partiyanın belə xırdalığa getməyinə etiraz edirdi. Bəzilərinin 1 il bundan əvvəl 100-ə yaxın saxta profili var idi. Həmin adam Rəyasət Heyətinin üzvü idi. Facebookun qaydaları sərtləşəndən sonra onların yarıdan çoxu bağlandı”.

R.Nurulayev “Azadlıq” qəzetinin vəziyyətindən də söz açıb. Qeyd edib ki, bütün
cəbhəçilərdən bu qəzetə abunə olmaq tələb olunurdu: “Qəzeti yaşatmaq üçün pul yığan rayon şöbələri , onu yaşatmağa çalışan şəxslər haqqında həmin qəzetdə bir dəfə də olsun məlumat getməyib. Heç bir rayon təşkilat sədrinin orada müsahibəsi dərc olunmayıb. Mən özüm də bu qəzetə abunəyəm və abunəlikdən imtina etmək fikrim yoxdur. Amma qəzetin fəaliyyəti yalnız partiyanın birinci şəxsinin təbliğinə yönəlib. Gənc cəbhəçilər Əli bəyin bəlağətli fikrindən təsirlənə bilər, amma köhnə cəbhəçilər orada nə baş verdiyini anlayır. Köhnə cəbhəçilər onun təlimatlarına tabe olmaq istəmir”.

“Əli Kərimli məndən yaxasını qurtara bilməyəcək. O məni yox, mən onu gərginlikdə saxlayacam. Mən AXCP-yə gələnə qədər onlarla ölkənin naziri ilə, bir prezidentlə tanış idim, beynəlxalq əlaqələrim var idi, o isə mənə azad fəaliyyətə imkan vermirdi. Bəlkə də indiyə qədər o mənə rus, ingilis və fransız dillərindən tərcümələr edən şəxs kimi baxırdı” – deyə R.Nurullayev əlavə edib.

O qeyd edib ki, Əli Kərimli çox məhrumiyyətlər yaşadığını bilir: “Amma yaşadığı məhmrumiyyətlərə görə bunun yükünü insanların boynuna qoymaq, insanlara minnət etmək düzgün deyil. Ən çox məhrumiyyətlərə məruz qalan adam lider olursa, onda gərək Lamiyə Quliyeva olsun. Ən çox məhrumiyyəti o görüb”.

Sabiq cəbhəçi eyni zamanda Milli Şura üzvlərinə də müraciət edib: “Orada çox hörmət etdiyim insanlar, ziyalılar var. Əgər onlar bu gün Əli Kərimlinin iradəsindən kənar söz deyərsə, həmin adam vurulacaq. Hətta Əli Kərimlinin sevmədiyi adamın yasına belə getsələr, onlar Mili Şuradan qovulacaq. O adamlar gərək bu məsələyə etiraz etsin. Bu, Əli Kərimli üçün adi hal ola bilər, amma abırına qısınmış adamlar gərək bunu qəbul etməsin”

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti