Prezident Avropa İttifaqının nümayəndəsi ilə görüşüb

Prezident Avropa İttifaqının nümayəndəsi ilə görüşüb
  24 Fevral 2015    Oxunub:1504
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzVision.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu və bu əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsinin önəmi qeyd edildi.

Söhbət zamanı əməkdaşlığımızın iqtisadi, enerji, nəqliyyat, insan hüquqları, demokratiya və digər sahələrdə vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.




Teqlər:  



Xəbər lenti