Kukuruzdan siçanın çıxmasına RƏSMİ MÜNASİBƏT
Onun yazdığı statusda bildirilir ki, hadisə Azərbaycanda yerləşən bağçaların birində baş verib. Ölü siçan bağçaya gələn uşaqlardan birinin “Tıq-Tıq xanım qarğıdalı çubuqları”nın içindən çıxıb.
“Artıq biz məcburuq ki, belə provakasiyalar barədə hüquq-mühafizə orqanlarına müraciət edək ki, bu tipli məsələləri araşdırsın. Bir vaxt dedilər çörəyin içindən taxta çıxdı. Araşdırma aparanda gördük ki, həmin şəkli sosial şəbəkədə paylaşan adam bir neçə ay bundan öncə başqa adla ANS televiziyasına təqdim edib. Guya Sumqayıtda restoranda oturub yemək yeyərkən çörəyin içindən taxta çıxıb. İki aydan sonra eyni şəkli təqim edərək deyib ki, guya özünün aldığı çörəkdən taxta parçası çıxıb. Bu tipli, qeyri-dəqiq, düzgün olmayan insanlara fikir verməyə dəyməz. Dəfələrlə dedilər ki, kolbasanın içindən karton çıxıb. Təklif etdik ki, həmin məhsulu Komitəyə təqdim etsinlər. Lakin heç kim Komitəyə müraciət etmədi”.
F.Talıblı onu da qeyd edib ki, Azərbaycanda istehsal olunan məhsulların keyfiyyəti Avropa standartlarına uyğundur, keyfiyyətlidir və orqanik cəhətdən təmizdir. Odur ki, insanlar bizim məhsullarımızı almaqdan çəkinməməlidirlər:
“Düzdür nöqsanlar ola bilər. Hər hansı məhsulunun içində yad çisim ola bilər. Texnologiyadır, hər şey ola bilər. Amma belə şey varsa onun ortalığa çıxardılıb araşdırılmasını tələb etmək oalr. Yoxsa bu tipli məlumatları sosila şəbəkələrdə yaymaq düz deyil. Siçan nə olan şeydir ki, limonadın içinə girdi, halbuki, həmin məlumat da təsdiqini tapmadı. İndi isə qarğıdalı çubuğunun içindən çıxdı”.
Qeyri-dəqiq informasiyalar yaymaqla insanları çaşdırmağın düzgün olmadığını söyləyən Fazil Talıblı mütəmadi olaraq sexlərdə yoxlamalar, monitorinqlər aparıldığını söylədi. Komitə sözçüsü onu da bildirdi ki, məlumatlar Dövlət Nəzarəti Xidmətinə göndəriləcək və həmin müəssisədə yoxlamalar aparılacaq:
“Yoxlamaların nəticəsi mətbuata açıqlanacaq. Düzünü desək belə məlumatlar o qədər çox yayılıb ki, artıq belə şeylərə ciddi yanaşmaq olmur. Şikayətçi bu cür hər hansı ciddi fakt aşkar edirsə həyəcanından onu aradan qaldırmaq istəyir. İlk olaraq bu məlumatı sosial şəbəkədə paylaşmaq əvəzinə ilk olaraq dövlət qurumunu məlumatlandırmalıdır. Əgər o istehlakçı hüququnu qorumaq istəyirsə belə etməklə camaatın ürəyini bunlandırır, onu düzgün olmayan yerə istiqamətləndirir. Bir sözlə bu məsələ araşdırılacaq və nəticəsi barədə məlumat veriləcək”.
Gültəkin ƏLƏSGƏR
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


