Yenə yağmur...

Yenə yağmur...
  18 May 2013    Oxunub:945
Havanın temperaturunun gecə 12-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 19-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Axşam mülayim şimal küləyi əsəcək.

Azərbaycanın bölgələrinin bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 22-27 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti