TQDK `şikayət` komissiyası yaratdı

TQDK `şikayət` komissiyası yaratdı
  24 Fevral 2015    Oxunub:1374
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının bu il fevralın 22-də keçirilmiş birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

AzVision.az-ın TQDK-ya istinadən verdiyi məlumatına görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Bakalavrlar Apelyasiya Komissiyasına fevralın 25-dək saat 10.00-dan 17.00-dək şəxsiyyətlərini təsdiqləyən sənədi təqdim etməklə şəxsən müraciət edə bilərlər.


Teqlər:



Xəbər lenti