İnzibati binada yanğın

İnzibati binada yanğın
  25 Fevral 2015    Oxunub:1208
Neftçalada yanğın hadisəsi olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Neftçala rayonu, Mirzəqurbanlı kəndində ümumi sahəsi 300 kv.m olan, hal-hazırda fəaliyyət göstərməyən birmərtəbəli inzibati binada sahəsi 40 kv.m olan 2 otağın birində tavan 10 kv.m sahədə yanıb.

Otağın qalan hissəsi və bina yanğından mühafizə olunub.

Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti