Prezidentdən sərt bəyanat: `Süni qiymət artıranlar cəzalandırılacaq`
AzVision.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olduqdan sonra xəstəxananın kollektivi ilə görüşündə çıxışı zamanı deyib.
Prezidentin sözlərinə görə, bütün qurumlara göstəriş verib ki, süni qiymət artımına yol verilməsin:
“Monitorinq keçirilir və süni şəkildə qiyməti artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcəkdir. Son illər ərzində Azərbaycanda istehlak olunan əsas ərzaq məhsulları Azərbaycanda istehsal olunur. Belə olan halda bu məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz. Kim qiymətləri süni şəkildə artırırsa, dövlət tərəfindən öz cəzasını alacaqdır”.
Prezident həmçinin ölkənin gələcək iqtisadi inkişafından da danışıb:
“Ümumiyyətlə Kompleks tədbirlər nəticəsində Azərbaycanda bundan sonra da uğurlu iqtisadi inkişaf prosesi gedəcək. Azərbaycanda iqtisdaiyyat sabitdir, ictimai-siyasi vəziyyət möhkəmdir. Manatın dollara bərabərləşdirilməsi imkan verəcək ki, daha çox vəsait sosial məsələlərə xərclənsin, büdcədə problem olmasın, ölkə üçün lazım olan bütün infrastruktur layihələri vaxtlı-vaxtında icra edilsin”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


