Metrodakı problemin səbəbi - AÇIQLAMA

Metrodakı problemin səbəbi - AÇIQLAMA
  25 Fevral 2015    Oxunub:3914
Bakı Metropolitenində səhər saatlarında vaqonların hərəkətində ciddi problemlər yaranıb.
AzVision.az-ın müxbiri xəbər verir ki, problem “Həzi Aslanov” istiqamətində hərəkətdə olan qatarda qeydə alınıb. Metronun “Neftçilər” stansiyasında sərnişinlər qatardan çıxarılıb.

Nəticədə vaqonların hərəkət qrafiki pozulduğundan, stansiyalarda sərnişin sıxlığı yaranıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev yaranan problemlə əlaqədar AzVision.az-a açıqlama verib. O, bildirib ki, bu saatadək metropolitendən qatarların hərəkətində heç bir problem yaşanmayıb:

“Səhər saatlarında Həzi Aslanov istiqamətində sərnişinlər az olur. Bunu da nəzərə alaraq təsdiqlənmiş qrafikə əsasənsəhər `Həzi Aslanov` iqtiqamətində gedən əvvəlcədən müəyyən edilmiş qatarlar `Neftçilər` stansiyasında dalandan istifadə etməklə digər xəttə keçir. Səhər saatlarında `Həzi Aslanov`dan, xüsusilə `Neftçilər` `Koroğlu` stansiyalarında sərnişinlər daha çox olur. Həmin sərnişinlərin də rahat şəkildə qatara minmələri, sıxlığın aradan qaldırılması məqsədilə bu cür qrafikdən uzun illərdir istifadə edirik”-deyə Nəsimi Paşayev bildirib

Anar


Teqlər:  



Xəbər lenti