Prezident Artur Rasizadəni təltif etdi

Prezident Artur Rasizadəni təltif etdi
  25 Fevral 2015    Oxunub:3194
Azərbaycan Prezidenti İlham Əliyev Baş nazir Artur Rasizadənin təltif edilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafında töhfələrinə görə Artur Tahir oğlu Rasizadə “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah - fevralın 26-da A.Rasizadənin 80 yaşı tamam olur.

AzVision.az


Teqlər:



Xəbər lenti