Bəzi rayonlar qazsız qalacaq

Bəzi rayonlar qazsız qalacaq
  25 Fevral 2015    Oxunub:1191
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, 25 fevral 2015-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək Xəzər, Xətai, Yasamal ,Quba və Sabunçu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi və Hava limanına gedən yolun genişləndirilməsi ilə bağlı tikinti sahəsinə düşən qaz kəmərlərinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədardır.

AzVision.az


Teqlər:



Xəbər lenti