Çavuşoğlu Bakıda Ermənistana şərt qoydu - VİDEO

Çavuşoğlu Bakıda Ermənistana şərt qoydu - VİDEO
  25 Fevral 2015    Oxunub:1961
“Ermənistan tərəfinin Sürix protokulundan geri çəkilməsinin bizim üçün heç bir əhəmiyyəti yoxdur”.

AzVision.az
xəbər verir ki, bu fikirləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, Türkiyə Ermənsitan münasibətləri yalnız o halda bərpa oluna bilər ki, Ermənsitan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilsin:

“Cənubi Qafqazda bir çox layihələr reallaşdırılır ki, Ermənistan bunlardan kənarda qalır. Əgər Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilərsə, o da bu layihələrə qoşula bilər”.

M.Çavuşoğlu həmçinin Çanaqqala savaşının ildönümü ilə bağlı keçiriləcək tədbirlərdən də danışıb: “Biz Birinci Dünya Müharibəsindən əziyyət çəkmiş bütün dövlətləri bu tədbirə dəvət etmişik. Bu dəvət çərçivəsində Ermənistana da məktub göndərilmişdi. Azərbaycan prezidenti İlham Əliyev də həmin anım mərasimində iştirak edəcək. Biz birgə dünyaya barış mesajı verəcəyik”.

Fatimə Kərimli




Teqlər:  



Xəbər lenti