Sekuta Şəhidlər Xiyabanında - FOTO

Sekuta Şəhidlər Xiyabanında - FOTO
  25 Fevral 2015    Oxunub:1304
ABŞ-ın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Şəhidlər Xiyabanını ziyarət edib.
ABŞ səfirliyindən AzVision.az-a verilən məlumata görə, bir neçə gün öncə Bakıya gələn səfir 20 yanvar qurbanları və Qarabağ müharibəsi zamanı dünyasını dəyişənlərin, şəhidlərin xatirəsini anıb.

O, məzarlar üstünə gül qoyub, şəhidlər haqqında məlumat alıb.

Qeyd edək ki, Riçard Morninqstarı əvəz edən R.Sekuta fevralın 12-də Azərbaycana gəlib. O, etimadnaməsini prezidenti İlham Əliyevə ayın 19-da təqdim edir.


Teqlər:



Xəbər lenti