ENBE Xocalı üçün oxuyacaq

 ENBE Xocalı üçün oxuyacaq
  25 Fevral 2015    Oxunub:2105
Fevralın 26-da İstanbulun Milli Saraylar Muzeyində faciyəyə diqqət üçün "Gözüyaşlı Xocalım" adlı anım sərgisi təşkil olunacaq.
26-28 fevral tarixləri arasında baş tutacaq sərgidə müasir incəsənətin tanınmış nümayəndələrindən hesab olunan Azərbaycanlı rəssamlar Niyaz Nəcəfov, Emin Əsgərov, Ramal Kazımov və Anar Hüseynzadə eləcədə əfqan rəssam Reza Hazarenin əsərləri sərgilənəcək. Sözügedən rəssamların əl işləri YARAT Müasir İncəsənət Məkanının dəstəyi ilə sərgiyə təqdim edilib.

Sərginin açılışında dünyaca məşhur italyalı tenor Alessandro Safina da çıxış edəcək. Safino Behzat Gerçekerin rəhbərliyi altında ENBE Orkestrasının müşayiətində Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i səsləndirəcək.

"Gözüyaşlı Xocalım" sərgisinin açılışına Türkiyə və Azərbaycadan olan siyasətçilər, mədəniyyət xadimləri dəvət olunub.

AzVisin.az


Teqlər:  



Xəbər lenti