DİN 44 nəfəri həbs edib

DİN 44 nəfəri həbs edib
  26 Fevral 2015    Oxunub:1324
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 64 cinayət faktı qeydə alınmış, onların da 29-u “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 44 nəfər tutulub.

AzVision.az


Teqlər:



Xəbər lenti