Sürücülərə bəd xəbər - bu yollar bağlanır

Sürücülərə bəd xəbər - bu yollar bağlanır
  26 Fevral 2015    Oxunub:1551
Paytaxtda təmir işləri ilə əlaqədar olaraq bəzi yollar bağlanacaq.
AzVision.az xəbər verir ki, Bakı Şəhət İcra Hakimiyyətindən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün axşam saatlarından etibarən, Salatın Əsgərova küçəsinin Mərdanov qardaşları küçəsi ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri (asfalt örtüyünün yenilənməsi) ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Süleyman Rüstəm və Şəmsi Bədəlbəyli küçələrindən istifadə etmələri tövsiyə olunur.

AzVision.az


Teqlər:  



Xəbər lenti