Oteldə ölən iş adamının ölüm səbəbi AÇIQLADI

Oteldə ölən iş adamının ölüm səbəbi AÇIQLADI
  26 Fevral 2015    Oxunub:3978
`Qardaşım Müşfiqin ölümü ilə bağlı mətbuatda yayılan xəbərlər dezinformasiyadan başqa bir şey deyil`.
Bunu AzVision.az -a açıqlamasında ötən gün vəfat edən “Nurgün” şirkətlər qrupunun vitse-prezident Müşfiq Səfiyevin kiçik qardaşı Vüqar Səfiyev deyib.

O, bildirib ki, artıq M. Səfiyevin cənazəsi Xırdalan qəbristanlığında torpağa tapşırılıb:

“İndi qardaşımın cənazəsini dəfn edib gəlirik. Mətbuatda yayılanlar dezinformasiyadır. Qardaşımın heç bir xəstəliyi yox idi. Diaqnoza görə, qardaşım qan təyziqindən dünyasını dəyişib. O axşam yatıb, səhər oyanmayıb. Qardaşımın təzyiqi yüksək olub. Elə ona görə də dünayasını dəyişib”,-deyə V.Səfiyev əlavə edib.

Qeyd edək ki, mərhum M.Səfiyev tanınmış şair Əli Vəkilin oğludur.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti