Vitse-spiker: `Girovların şücaətinə heyran qaldım`

Vitse-spiker: `Girovların şücaətinə heyran qaldım`
  27 Fevral 2015    Oxunub:3249
“Dilqəm Əsgərov və Şahbaz Quliyev işgəncədən qorxan olsaydılar, Kəlbəcərə səfər etməzdilər”.

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

Vitse-spiker Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun ötən gün keçirlən qondarma “məhkəmə” prossesindəki çıxışlarına münasibət bildirib:

B.Muradova Dilqəm Əsgərovun “ya məni güllələyin, ya da azad edin” deyə ermənilərə səslənməsinin onun şücaətindən xəbər verdiyini deyib:

“Dilqəm və Şahbazı öz torpaqlarında tutmaq, onları cinayətkar adlandırmaq və buna görə mühakimə etmək ən böyük işgəncədir. Onlar azərbaycanlı olduqları üçün, öz evlərinə, yurdlarına, torpaqlarına baş çəkdikləri üçün həbsdədirlər.

Bizim girovlarımızın qürurlu və iradəsini, möhkəm mövqelərini bütövlükdə Ermənistanın təcavüzkar siyasətinə və bu qondarma məhkəmə şousuna etiraz protesti kimi qəbul edirəm. Onlar günahsızdırlar. Onlar şücaətlidirlər, Heç bir günahı, suçu, cinayəti olmayan bir şəxsin mühakimə olunması absurdur. Və bunun absurdluq getdikcə daha çox üzə çıxır”.

B.Muradova qeyd edib ki, dünyada hələ də seperatçıları dəstəkləyən qüvvələr var:

“Mən düşünmürəm ki, girovlarımız yalnız işgəncə altında olduqlarından və canlarını əziyyətdən qurtarmaq üçün bu ittihamları səsləndiriblər. Bu dünyaya bir mesajdir. Bu bütün insanlığa, bəşəriyyətə, beynəlxalq təşkilatlara mesajdır ki, mən azərbaycanlı olduğum üçün məhkum olunmuşam, mən azərbaycanlı olduğum üçün ömrlük həbsə məhkum olmuşam, 22 illik cəza almışam. Bu dırnaqarası bir rejimin “məhkəmə sisteminin”, “hökmünə” protestdir. Mən hesab edirəm ki, onlar çox güclü şəxsiyyətlərdir. Bununla da onlar dünyaya çox ciddi mesajlar verirlər. Çünki bu gün dünyada bir tərəfdən seperatçılıq cəzalandırılır, cinayət hesab olunur, bu rejimləri yaradanlara sanksiyalar tətbiq olunur, onların bu və ya digər ölkələrə səfər etmələrinə məhdudiyyət qoyulur. Amma digər tərəfdən separatimiz dəstəklənir. Hətta iş o yerə çatır ki, separatçı rejimlər qanuni ölkənin, qanuni vətəndaşlarının, qanuni hərəkətlərinə məhdudiyyət qoyurlar”.

Qeyd edək ki, ötən gün Kəlbəcər rayonunda girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun qondarma `məhkəmə` proses keçirilib.
Girovlar haqlarında səsləndirilən ittihamları rədd ediblər. Dilqəm Əsgərov ermənilərə “ya məni güllələyin, ya da azad edin”-deyə səslənib.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti