Qaz olmayacaq

Qaz olmayacaq
  03 Mart 2015    Oxunub:1427
Nərimanov və Sabunçu rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, 03 mart 2015-ci il tarixdə saat 1000-dan 1800-dək Nərimanov və Sabunçu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi və qaz sızmasının ləğvi ilə əlaqədardır.

Qeyd edək ki, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 1 yanvar 2014-cü il tarixə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 647 min 906-a çatıb.


Teqlər:



Xəbər lenti