Xəzərin hüquqi statusu müzakirə olunur

Xəzərin hüquqi statusu müzakirə olunur
  04 Mart 2015    Oxunub:4328
Bakıda Xәzәr dәnizinin hüquqi statusunun müәyyәnlәşdirilmәsi ilә bağlı Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 39-cu iclası başlayıb.
AzVision.az-ın mәlumatına görә, mәqsәd Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması üçün danışıqların aparılması vә bu il Astanada keçirilmәsi planlaşdırılan sammitin gündәliyinin vә tarixinin müәyyәnlәşdirilmәsidir.

Tәdbirdә Azәrbaycandan xarici işlәr nazirinin müavini Xәlәf Xәlәfov, onun iranlı hәmkarı İbrahim Rәhimpur, Qazaxıstandan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova iştirak edirlәr.

AzVision.az


Teqlər:



Xəbər lenti