Küllü miqdarda siqaret müsadirə edildi
Baxış zamanı avtomaşının içərisindən heç bir yük müşaiyət sənədi olmayan 115120 qutu pirotexniki məmulat və 3 adda müxtəlif markalı 8372 ədəd fişəng aşkar edilərək götürülüb.
Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən isə respublikaya qaçaqmalçılıq yolu ilə gətirilən küllü miqdarda siqaretlər aşkar olunub.
Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Bədəlov İlkin Ramiz oğlunun idarə etdiyi “Mercedes Benz E 200” markalı, “99-GX-179” dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı həmin avtomobildə sərnişin qismində əyləşmiş Azərbaycan Respublikasının vətəndaşı Süleymanov Rac Xanlar oğluna məxsus 28 ədəd müxtəlif rəngli polietilen torbaların içərisindən üzərində heç bir aksiz markası olmayan 5250 qutu xarici markalı siqaretlər aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı təhqiqat aparılır.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


