​`Bakı 2015`in medalları təqdim olunub

​`Bakı 2015`in medalları təqdim olunub
  04 Mart 2015    Oxunub:1244
"Bakı 2015" I Avropa Oyunlarının medalları təqdim olunub. AzVision.az-ın məlumatına görə, qızıl, gümüş və bürünc medallar üzərində dekorativ "Bakı 2015" brendinə uyğun hazırlanmış unikal təsvirlər əks olunub.
Mərkəzində "Bakı 2015" loqotipi olan tərtibat dinamik, heyrətamiz və zəngin mədəniyyətə malik ev sahibi şəhərin metaforasıdır. Medalın əks tərəfi isə Avropa Olimpiya komitələrinin emblemini və mətn simvolunu əks etdirir.

Medalların tərtibatı 2014-cü il Soçi Qış Olimpiya və Paralimpiya Oyunlarının medallarını da hazırlamış məşhur zərgərlik brendi Adamasla azərbaycanlı rəssam Nərgiz Hüseynovaya məxsusdur. Medallar "Azərsuvenir" şirkəti tərəfindən Azərbaycanda istehsal ediləcək.


Teqlər:





Xəbər lenti