Halit Ergençin `Əli və Nino`dakı işi bitdi

Halit Ergençin `Əli və Nino`dakı işi bitdi
  05 Mart 2015    Oxunub:3050
“Sultan Süleyman” obrazı ilə tamaşaçıların ürəyində taxt qurmuş Türkiyənin məşhur aktyoru Halit Ergençin “Əli və Nino” filmindəki çəkilişləri başa çatıb.
AzVision.az-ın məlumatına görə, aktyorun Bakıda çəkilişləri bitin və o Türkiyəyə geri dönüb.

Bildirək ki, Halit Ergenç filmdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli Xan Xoyskinin rolunu canlandıracaq.

Xatırladaq ki, Qurban Səidin "Əli və Nino" romanı əsasında ekranlaşdırılan filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "Bafta" mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur.



Sevinc


Teqlər:  



Xəbər lenti