Müdafiə Nazirliyindən təyyarə qəzası ilə bağlı AÇIQLAMA

Müdafiə Nazirliyindən təyyarə qəzası ilə bağlı AÇIQLAMA
  05 Mart 2015    Oxunub:3318
Azərbaycanın Müdafiə Nazirliyi Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə keçirilən təlim zamanı baş verən təyyarə qəzası haqda açıqlama verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı AzVision.az-a açıqlamasında bildirib ki, qəzaya uğrayan “F-4” E 2020 tipli hərbi təyyarə Türkiyə HHQ-ya məxsusdur:

“Azərbaycan Silahlı Qüvvələrinin heyəti tam formada həmin təlimlərdə iştirak edir. Heç bir problem yoxdur”.

Qeyd edək ki, bu gün Bakı vaxtilə saat 11:50 radələrində Türkiyə Hərbi Hava qüvvələri ilə Azərbaycanın keçirdiyi birgə “TurAz Şahini 2015” hərbi təlimləri zamanı təyyarə qəzaya uğrayıb. Qəza zamanı 2 hərbçi dünyasını dəyişib.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti