Bakıda `avtoş`lar həbs edildi
Cari il fevral ayının 20-də Yasamal rayon ərazisində Səid Həsənov idarə etdiyi “VAZ-21214” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Yasamal rayon məhkəməsinə göndərilib.
Cari il yanvar ayının 23-də paytaxt sakini Qabil Hüseynov idarə etdiyi "Opel" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Nizami rayon məhkəməsinə göndərilibr. Məhkəmənin 13.02.2015-ci il tarixli qərarına əsasən Q.Hüseynov İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş və barəsində 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


