Xəzəryanı ölkələr razılığa gəldilər
Onun sözlərinə görə, dünən və bu gün keçirilmiş danışıqlarda Xəzər dənizinin statusu üzrə konvensiyanın bəndlərinə və Xəzəryanı dövlətlərin başçılarının Həştərxan bəyannəməsinə dair geniş müzakirələr aparılıb.
X.Xələfov razılaşdırılmış məqamlar arasında ekoloji problemləri, dənizin su məkanının istifadə edilməsini göstərib: “Biz ümid edirik ki, qısa müddət ərzində konvensiya üzərində bütün işləri başa çatdıracağıq və onu Astanada növbəti sammitdə qəbul edəcəyik. Dənizin hüquqi statusu ilə bağlı məsələlər və bununla əlaqədar bütün prinsipial məsələlərin razılaşdırılması bütün beş ölkə üçün prioritetdir”.
İşçi qrupunun iclası martın 4-5-də Bakıda keçirilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


