Mikayıl Cabbarov Masallıya gedir

Mikayıl Cabbarov Masallıya gedir
  05 Mart 2015    Oxunub:1469
Təhsil naziri Mikayıl Cabbarov martın 10-da saat 11.00-da Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Nazirlikdən AzVision.az-a bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşlar martın 6-dək bu qurumun Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya https://azvision.az/redirect.php?url=http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

AzVision.az


Teqlər:



Xəbər lenti