Qanunsuz dini ədəbiyyatlar müsadirə olunub

Qanunsuz dini ədəbiyyatlar müsadirə olunub
  05 Mart 2015    Oxunub:1788
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə fəaliyyəti nəticəsində ötən il ölkəyə daxil olan 884 adda dini ədəbiyyatdan 86 adda olanının ölkədə yayılmasının qarşısını alıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan hökumətinin 2014-cü il üzrə hesabatında bildirilir ki, buna səbəb həmin ədəbiyyatların dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ etməsi olub.

Bundan başqa, ölkədə çap olunmaq məqsədilə ekspertizaya 166 adda dini ədəbiyyat təqdim olunub, onlardan 3 adda olanının çapına razılıq verilməyib.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarından Komitənin dinşünaslıq ekspertizasına göndərilmiş 952 adda dini ədəbiyyata baxılıb, onlardan 336 adda dini ədəbiyyatın zərərli olduğu müəyyən edilib.

Hesabatda o da qeyd olunub ki, ötən il ərzində dini qurumların qeydiyyata alınması prosesi davam etdirilərək ümumilikdə 597-yə çatıb. Bununla da indiyə qədər dövlət qeydiyyatından keçmiş dini qurumlardan 576-sı İslam, 21-i qeyri-islam təmayüllüdür. Sonunculardan 12-si xrisitan, 6-sı yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.


Teqlər:  



Xəbər lenti