Xədicə İsmayılın həbs müddəti uzadıldı

Xədicə İsmayılın həbs müddəti uzadıldı
  06 Mart 2015    Oxunub:1450
`Azadlıq` radiosunun həbsdə olan əməkdaşı Xədicə İsmayılovanın növbəti məhkəmə prosesi keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə onun vəkili Fariz Namazov bildirib.

O, qeyd edib ki, Xədicə İsmayılovanın həbsdə saxlanma müddəti 24 may 2015-ci ilə qədər uzadılıb.

Qeyd edək ki, X. İsmayılova ötən il dekabrın 5-də həbs edilib. O, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və digər maddələrə əsasən ittiham edilir.

AzVision.az


Teqlər:  



Xəbər lenti