Dərman satışına nəzarət gücləndiriləcək

Dərman satışına nəzarət gücləndiriləcək
  06 Mart 2015    Oxunub:1593
Azərbaycanda "Dərman vasitələri haqqında" qanunda dəyişiklik edilib.
AzVision.az xəbər verir ki, Milli Məclisdə müzakirəyə çıxarılan dəyişiklik layihəsi bu qanunun "Dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti" adlı 8-ci maddəsini əhatə edir. Yeni əlavəyə əsasən, dərman preparatlarının nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Nəzarət markalarının alınmasına görə ödənilən məbləğ dövlət büdcəsinə köçürülür. Həmin vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Digər əlavəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı nəzarət markalarının hazırlanmasını təmin edir.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti