Bakıda ”Microsoft” günü keçiriləcək
“Microsoft” İnnovasiya Günündə Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov, “Microsoft” Korporasiyasının Mərkəzi və Şərqi Avropa regionunda satış üzrə direktoru Viki Rentzepi (Vicky Rentzepi) və digər rəsmi şəxslər çıxış edəcəklər. Bundan başqa, “Microsoft” əsaslı cihazlar və bulud xidmətləri təsvir olunan tədbirdə “Microsoft Azerbaijan” şirkətinin nümayəndələri bulud xidmətlərinin fərdi həyatda və biznesdə istifadəsi imkanları barədə məlumat verəcək. Eyni zamanda, “Windows” əsaslı cihazları, həmçinin işgüzar və gündəlik istifadə üçün nəzərdə tutulmuş proqram və həlləri, o cümlədən, bu cihazların vahid sistem kimi işləyə bilmə imkanlarını nümayiş etdirəcək, “Outlook.com”, “OneDrive”, “Office Online” və “Office 365” kimi xidmətlər vasitəsilə şirkətlərin iş səmərəliyini artırma imkanları barədə danışacaqlar.
Bununla yanaşı, tədbir çərçivəsində avtomobil sənayesində inqilabi yeniliklər yaratmış “Tesla” avtomobilinin innovativ funksiyaları və üstün texnologiyaları nümayiş olunacaq.
Qeyd edək ki, “Microsoft Innovation Day” – “Microsoft” Korporasiyasının innovasiya texnologiyalarına həsr edilən və hər il təşkil olunan ər iri tədbirlərdəndir. Azərbaycanda sözügedən tədbir 2007-ci ildən etibarən keçirilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


