İki deputatın vəzifəsi dəyişdirildi
Belə ki, parlament "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" qərarda dəyişiklik edib.
Dəyişikliyə əsasən, Xanlar Fətiyev Azərbaycan-Avstraliya, İmamverdi İsmayılovun isə Azərbaycan-Kolumbiya parlamentlərarası işçi qrupunun rəhbərləri vəzifəsinə təyin olunub
Xatırladaq ki, bu günə qədər Xanlar Fətiyev Azərbaycan-Kolumbiya, İmamverdi İsmayılov isə Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun rəhbəri idi.







Vaxtında, Aydın, Lazımlı!


