Bakıda bina yandı - 30 nəfər təxliyyə edilib

Bakıda bina yandı - 30 nəfər təxliyyə edilib
  07 Mart 2015    Oxunub:2146
Bakıda yaşayış binasında yanğın olub.
AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 48 kv. m olan ikiotaqlı və digər vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan ikiotaqlı mənzilin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyyə olunub.

Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 01:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti